Messi: "Neymarla bir-birimizi tez başa düşməliyik"
"Barselona" klubunun hücumçusu Lionel Messi komanda yoldaşı Neymar və baş məşqçiləri Xerardo Martino haqda danışıb.

Argentinalı futbolçu Neymarla və Martino ilə çalışdığı üçün sevinc hissi keçirdiyini bildirib:

"Meydanda Neymarla bir-birimizi daha yaxşı anlamağa başlamışıq. O məni, mən də onu tez başa düşməliyəm. Neymar bizimlə olduğu üçün çox şadam. Martino ilə çalışmaq da çox xoşdur. O, komandaya tez uyğunlaşdı. Ümid edirəm ki, bizdə hər şey yaxşı alınacaq və fantastik mövsüm keçirərək bütün titullara sahib çıxacağıq".

Xəbər 896 dəfə oxundu.