Mourinyo "Barselona"nın qapıçısını istəyir
"Çelsi"nin baş məşqçisi Joze Mourinyo "Barselona"nın futbolçusunu transfer etməyə hazırlaşır.

Portuqaliyalı mütəxəssis hazırkı qapıçı Peter Çexin komandada qalıb-qalmayacağının məlum olmaması səbəbindən kluba daha bir qolkiper gətirmək istəyir.

Mourinyonun ən birinci heyətinə qatmaq istədiyi qapıçı isə "Barselona"dan Viktor Valdesdir. 2014-ci ilin sonunda müqaviləsi bitdikdən sonra Kataloniya klubundan ayrılacaq 31 yaşlı qolkiperlə Mourinyonun yaxın günlərdə danışıqlara başlayacağı bildirilir.

Xəbər 916 dəfə oxundu.