Özil “Real”ın prezidentini məhkəməyə verir
"Real"dan gözlənilməz şəkildə ayrılan Məsut Özillə Madrid klubun prezidenti Florentino Perez arasında gərginlik artıb.

F.Perezin alman yarımmüdafiəçinin qadın düşkünü olması deməsi futbolçunun özü və atasının narazılığına səbəb olub. Özilin atası Perezin bu cür ittihamlarının ardından onu məhkəməyə verəcəklərini bildirib.

24 yaşlı futbolçu isə "DÇ-2014"ün seçmə mərhələsində Farer adaları (3:0) ilə oyundan sonra "Real" prezidentinin cavabını belə verib: "Məni tanıyan insanlar nə qədər peşəkar olduğunu çox yaxşı bilirlər. Tək söyləmək istədiyim budur".

Xəbər 1127 dəfə oxundu.