Səlçuk İnan zədələndi
“Qalatasaray”ın yarımmüdafiəçisi Səlçuk İnan Türkiyə millisinin düşərgəsində zədələnib. Futbolçu Rumıniya ilə matçda ayağından xəsarət alıb. Həkimlərin ilkin rəyinə əsasən, onun zədəsi kifayət qədər ciddidi. Amma yekun qərar daha geniş tibbi müayinədən sonra açıqlanacaq. Hər halda, Səlçukun Çempionlar Liqasında “Real”a qarşı oynaması sual altına düşüb.

Xəbər 910 dəfə oxundu.