"Simurq" "Sumqayıt"la oyuna Bakıda hazırlaşacaq
Topaz Premyer Liqasında yaranmış fasilə ilə əlaqədar Gürcüstanda təlim-məşq toplanışında olan "Simurq", bir günlük istirahətdən sonra məşqləri bərpa edir.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, növbəti turda "Sumqayıt"ı qonaq edəcək komanda Bakıda bir araya gələrək hazırlıqlara qaldığı yerdən davam edəcək.

Bu gün axşam saatlarında Bədən Tərbiyyəsi və İdman Akademiyyasının meydançasında çalışmalara start verəcək Zaqatala təmsilçisi tam heyətlə məşqə çıxacaq.

"Sumqayıt"la matç öncəsi zədəli və cəzalı futbolçuların olmaması məşqçilər korpusunu sevindirən amillərdəndir. O cümlədən, yığma komandaların düşərgəsində olmuş Rəşad Eyyubov, Rəşad Əzizli və Patrik Osiakoda bu gündən hazırlıqlara qoşulacaq.

Xəbər 1240 dəfə oxundu.