Litva yığması rəqibini məğlub etdi
DÇ-2014-ün seçmə mərhələsində Litva millisi növbəti oyununu keçirib. Öz meydanında Lixtenşteyni qəbul edən Litva yığması rəqibini 2:0 hesabı ilə məğlub edib. "Bakı"nın üzvləri Mindauqas Kalonas və Deyvidas Çesnauskis də görüşün iştirakçıları arasında olub. Hər iki oyunçu meydana start heyətində çıxıb. Kalonas 72-ci dəqiqədə əvəzləndiyi halda, Çesnauskis 90 dəqiqə ərzində meydanda olub.

Xəbər 691 dəfə oxundu.