Dünya çempionatının altı iştirakçısı məlumdur
Braziliyada təşkil olunacaq "DÇ-2014"də mübarizə aparacaq 32 millidən 6-nın adı məlum olub.

Hollandiya və İtaliyanın final mərhələsinə vəsiqə qazanmasının ardından, Amerika qitəsində də turnirdə iştirakını rəsmiləşdirən iki ölkənin adı müəyyənləşib.

Bunlar Cənubi Amerikadan Argentina, Şimali Amerikadan isə ABŞ və Kosta Rikadır.

Bununla da, turnirə ev sahibliyi edəcək Braziliya ilə birlikdə 6 milli komanda "DÇ-2014"-ün final mərhələsinə vəsiqə qazanıb.

Xəbər 898 dəfə oxundu.