Burak Türkiyə millisində rekord vurdu
Türkiyə millisinin futbolçusu Burak Yılmaz ölkəsinin futbol tarixinə düşüb.

Hücumçu millidə ardıcıl 4 rəsmi matçda qol vuran ilk oyunçu olub.

"Qalatasaray"ın hücumçusu "DÇ-2014"ün seçmə mərhələsində 2:0 qazanılan Andorra, 1:1 bərabərə bitən Macarıstan, 5:0 qazanılan Andorra və son olaraq dünən oynanılan Rumıniya ilə matçda (2:0) fərqlənib.

Qeyd edək ki, futbolçusu indiyə kimi millidə 29 matçda forma geyib və 11 qol vurub.

Xəbər 859 dəfə oxundu.