Millimizdən növbəti qələbə
Rusiyanın Novorossiysk şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması “Çernomorets” klubu ilə yoldaşlıq oyunu keçirib.

Qarşılaşma 4:2 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Rusiya təmsilçisinin qapısından topları Adil Nağıyev, Ruslan Nəsirli, Samir Məsimov və Namiq Ələskərov keçirib.

Xatırladaq ki, bu toplanış çərçivəsində keçirdiyi ilk yoldaşlıq oyununda yığmamız “Kuban” klubunun əvəzedici komandasına 5:2 hesabı ilə qalib gəlmişdi.

Xəbər 1097 dəfə oxundu.