Çexiya millisinin baş məşqçisi istefa verdi
Çexiya milli komandasının baş məşqçisi Mixal Bilek İtaliyaya məğlubiyyətdən sonra tutduğu postdan istefa verib.48 yaşlı mütəxəssis bu qərarı yığmanın 2014-cü il dünya çempionatına qatılma şansını itirdikdən sonra verib.Son 2 oyunda milli komandaya Bilekin köməkçilərindən biri yardım edəcək.

«Biz dünya çempionatında oynamaq istəyirdik. Lakin təəssüf ki, bu baş vermədi, — deyə Bilek UEFA-nın rəsmi saytına bildirib. — Mən öz missiyamı yerinə yetirə bilmədim».

Bilek 2009-cu ildən millini çalışdırırdı.Onun rəhbərliyi altında Çexiya Avro 2012-ci ilin 1/4 finalına qədər irəliləyə bilmişdi.

Xəbər 942 dəfə oxundu.