AZAL seneqallı oyunçunu geri qaytardı
AZAL klubunun baş məşqçisi Vaqif Sadıqov baxışa dəvət olunan seneqallı oyunçu Ba Alaci Mansur barədə rəsmi qərarını açıqlayıb.
Təcrübəli mütəxəssis bildirib ki, son klubu “Linker” olan futbolçu barədə müsbət fikirdə olsa da, onu geri göndərmək məcburiyyətində qalıb: “Mansur potensiallı oyunçudur, onu bəyənmişəm. Amma indiki vəziyyətdə mənə lazım deyil. Onunla söhbət etdim və sizə dediklərimi ona da dedim.

Düşünürəm ki, onu nəzarətdə saxlayım. Qış fasiləsi zamanı komandaya qoşulsun”.

Qeyd edək ki, Ba sabah Azərbaycanı tərk edəcək.

Xəbər 1002 dəfə oxundu.