Traore yanvarda Yuventusa keçəcək
Anjinin siyasətində dəyişiklik baş verdikdən sonra futbolçuların əsas hissəsi komandanı tərk edib. Maraq doğuran və klubu tərk etməyə macal tapmayan futbolçular arasında Lasina Traore də var. Ona bir sıra komandalar maraq göstərsə də transfer baş tutmayıb. Lakin Traorenin qışda keçəcəyi komanda məlum olub. Forvard yanvar ayından Yuventusun futbolçusuna çevriləcək. Bu barədə Dinamo komandasının baş məşqçisi Dan Petresku məlumat verib.

Xəbər 949 dəfə oxundu.