"Qəbələ" "Real" Madridlə oynayacaq
“Qəbələ”nin 14 yaşlı futbolçulardan ibarət komandasının Joze Mourinyo turnirində iştirak edəcəyini xəbər vermişdik. Sentyabrın 18-dən 23-dək İspaniyanın Madrid şəhərində reallaşacaq yarışda “Qəbələ”nin rəqibləri bilinib.

Azərbaycan klubu “Real Madrid”, “LA. Akademiya” (ABŞ), “Koimbra” (Portuqaliya), JEF (Yaponiya), “Stoksund” (İsveç) klubu ilə üz-üzə gələcək. “Qəbələ” klubu A qrupunda mübarizə aparacaq və ilk oyununu Madrid klubuna qarşı keçirəcək. “Qəbələ” Futbol akademiyasının direktor müavini Nail Kərimov deyib ki, yarışa çox ciddi hazırlıq gedir.

Xəbər 947 dəfə oxundu.