İradə Süleyman qızı Aşumova - BÜRÜNC MEDAL
Aşumova İradə Süleyman qızı 1958-ci il fevralın 25-də Bakı şəhərində anadan olub.

1983-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. Məşqçisi Azərbaycan Respublikasının əməkdar məşqşisi Vladimir Lunyovdur.

1982-ci ildən güllə atılıcılığı üzrə beynəlxalq dərəcəli idman ustası, 2004-cü ildən əməkdar idman ustasıdır.
1985-ci ildə Avropa çempionatında I yeri (komanda, Bolqarıstan ) tutub. Avropa və dünya rekordçusu (1985, Bolqarıstan), dünya cempionatında I yer (komanda), şəxsi II yer (1985, Mexiko), Atlanta-96 Olimpiya Oyunlarının iştirakçısı (X yer), dünya çempionatında II yer (şəxsi, 1998, İspaniya ), 2000-ci ildə Sidney Olimpiadasının iştirakçısı, dünya çempionatının gümüş medalçısı olub. (şəxsi, 2002, Finlandiya).
2004-cü ildə Afinada keçirilmiş Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır. 2002 və 2004-cü illərdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

2000-ci ildə XX əsrin ən yaxşı idmançısı seçilib. Azərbaycan Respublikası Atıcılıq Federasiyasının İcraiyyə Komitəsinin üzvüdür. Polis mayorudur, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar İdarəsində xidmət edir.

Xəbər 4646 dəfə oxundu.