Dünya çempionatına hansı bahadırlarımız gedəcək?
16-22 sentyabrda Macarıstan paytaxtı Budapeşt şəhərində güləş üzrə dünya çempionatı keçiriləcək. İdman.com.az saytı xəbər verir ki, mötəbər yarışda iştirak edəcək sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandaların heyəti AGF-nin baş katibi Əjdər Cəfərovun bu gün keçirdiyi mətbuat konfransında açıqlanıb.

Sərbəst güləşçilərin heyətində Yaşar Əliyev (55 kq), Hacı Əliyev (60 kq), Ağahüseyn Mustafayev (66 kq), Cəbrayıl Həsənov (74 kq), Aleksandr Qostiyev (84 kq), Xetaq Qazyumov (96 kq) və Cəmaləddin Məhəmmədov (120 kq) yer alıb. Yığma komanda çempionatda baş məşqçi Məhəmməd Əliömərov, böyük məşqçi Firdovsi Umudov, məşqçilər Semyon Çterev və David Kurtsiyanın rəhbərliyi ilə iştirak edəcək.

Baş məşqçi Yaqub Məmmədov və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi ilə qadın güləşi yığmamızı Anjela Doroqan (48 kq), Yuliya Ratkeviç (59 kq), İrina Netreba (63 kq) və Gözəl Zutova (67 kq) təmsil edəcək.

Yunan-Roma güləşçiləri baş məşqçi Cəmşid Xeyrabadi və məşqçi Şahram Elyasinin rəhbərliyi ilə çempionatda iştirak edəcək. Heyətdə Orxan Əhmədov (55 kq), Kamran Məmmədov (60 kq), Həsən Əliyev (66 kq), Rafiq Hüseynov (74 kq), Saman Təhmasibi (84 kq), Şalva Qadabadze (96 kq) və Zaur Mehrəliyev (120 kq) yer alıb.

Görüşlərin idarə edilməsində ölkəmizi olimpiya dərəcəli hakimlər Əjdər Cəfərov və Hicran Şərifov təmsil edəcək.

Xəbər 1185 dəfə oxundu.