Romario Messinin xəstəliyinin adını açıqladı
Dünya futbolunun əfsanəvi oyunçularından olan braziliyalı Romario "Barselona"nın futbolçusu Lionel Messi haqqında maraqlı bir iddiaya ortaya atıb.

O "twitter" sosial şəbəkəsi hesabından argentinalı hücumçunun Aspergar sindromuna yoluxduğunu yazıb:

"İspaniya mətbuatında Messinin psixi bir xəstəliyinin olub-olmadığı mübahisə edilir. Atasından öyrəndiyimə görə onun belə bir xəstəliyi yoxdur. Amma Messidə Nyuton və Eynşteyn kimi insanlarda olan Asperger sindromuna rast gəlinib".

Romario eyni zamanda autizmin bir forması olan bu psixoloji pozğunluğun Messinin utancaq və sosial qabiliyyətlərinin zəif inkişaf etməsinə səbəb olduğunu bildirib: "Narahatlığa baxmayaraq Messi çox yaxşı işlər görür və bu vəziyyət onu pis formada təsir etmir".

Qeyd edək ki, bu sindromlu insanlar normal və yüksək intellektə malik olurlar.

Xəbər 918 dəfə oxundu.