Arda və Gökhan Rumıniya ilə oyuna hazır olacaqlar
Bu gün Türkiyə milli komandası dünya çempionatının seçmə mərhələsində vacib oyunlardan birini keçirəcək. Ay-ulduzlular Buxarestdə Rumıniya komandasının qonağı olacaqlar.Son oyunda kiçik zədə alan bir neçə futbolçu var idi. Onlardan hətta iksinin - Arda ilə Gökhanın oynamayacağı ehtimal edilirdi. Lakin bu səhər komandanın düşərgəsindən şad xəbərlər gəlib. Belə ki, həm Arda , həm də Gökhan meydana çıxa biləcəklər.

Andorra matçında zədələnən Nuri , Umut və Burakın da tam sağaldığı məlum olub. Onlardan əlavə son oyunda zədəli olan Selcuk Şahin də artıq tam hazırdır.

Xəbər 980 dəfə oxundu.