"Bavariya" ötən mövsümün ən yaxşı komandası seçildi
Avropa Klublar Assosiasiyası ötən mövsümün yekunlarına əsasən, mükafatları təqdim edib. Bu barədə ECA-nın rəsmi saytı məlumat yayıb. Ən yaxşı komanda adına “Bavariya” layiq görülüb. Münhenlilər ötən mövsümdə Almaniya çempionatı və kubokunu, eləcə də Çempionlar Liqasını qazanıblar. Mötəbər klub turnirinin finalına qədər irəliləyən Dormund “Borussiya”sı isə mövsümün ən çox inkişaf edən komandası sayılıb. Azarkeşlərlə iş üzrə “Genk”, gənclərlə iş üzrə “Yuventus” ən yaxşı adına layiq görülüb.

Xəbər 1037 dəfə oxundu.