Zidan: "İngiltərə final mərhələsinə düşməlidir"
"İngiltərə final mərhələsinə düşməlidir, amma orada heç də asan olmayacaq. Lakin onların yaxşı çıxış edəcəyinə şübhə etmirəm, çünki güclü komandaları var. Braziliyada maraqlı oyun nümayiş etdirəcəklər.

Həlledici mərhələlərdə hər bir yığmanın şansı olacaq, o cümlədən də İngiltərənin. Ümumilikdə, bu Frenk Lempardın liderlik keyfiyyətləri ilə seçildiyi gözəl bir yığmadır" - bu sözləri məşhur Zinəddin Zidan deyib.

Xəbər 748 dəfə oxundu.