Macarıstana yollanacaq güləşçilərimiz bəlli oldu
Azərbaycan Güləş Federasiyasının mərkəzi ofisində güləş idman növünün 2020-ci il Yay Olimpiya Oyunlarının proqramına daxil edilməsi ilə əlaqədar mətbuat konfransı keçirilib.

Konfransda Beynəlxalq Olimpiya Komitəsinin Argentinada keçirilmiş 125-ci sessiyası ilə bağlı ətraflı məlumat verilmiş və güləş idman növünün 2020-ci Yay Olimpiya Oyunlarının proqramında saxlanılmasına Azərbaycanın verdiyi töhfə yüksək qiymətləndirilib.

Mətbuat konfransında, həmçinin sentyabrın 16-dan 22-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatında ölkəmizi təmsil edəcək yığma komandaların heyətləri də açıqlanıb.

Xəbər 830 dəfə oxundu.