Raykonen «Ferrari» ilə müqavilə imzalayıb
«Lotus» komandasının pilotu Kimi Raykonen «Ferrari» ilə müqavilə imzalayıb. Bu barədə BBC məlumat verib. Rəsmi olaraq məlumat yaxın müddətdə təsdiqlənəcək.33 yaşlı fin sürücü Felipe Massanı əvəz edəcək. Xatırladaq ki, braziliyalı pilot 8 il idi ki , skuderiyanın şərəfini qoruyurdu.

2007-ci ildə Raykonen «Ferrari»yə son çempionluğu qazandırmışdı. Lotusda onu gələn mövsüm Zauberin pilotu Niko Hülkenberq əvəz edəcək.

Xəbər 853 dəfə oxundu.