“Elite Horse Club”da polo üzrə dünya kuboku yarışları başa çatdı | |
Bakıdakı “Elite Horse Club”da polo üzrə dünya kuboku yarışları başa çatıb. Üçüncü yer uğrunda Böyük Britaniyanın “Bentli” və ABŞ-ın “Monblan” komandaları qarşılaşmışlar. Rəqibini 9:6 hesabı ilə məğlub edən “Bentli” komandası yarışları üçüncü pillədə başa vurub. Həlledici görüşdə “Çopard” (Argentina) və “Baltika” (Avropa) komandaları üz-üzə gəlmişlər. Gərgin idman mübarizəsi şəraitində keçən görüş 8:7 hesabı ilə “Baltika”nın xeyrinə yekunlaşıb. “Polo Vətəninə qayıdır” şüarı altında keçirilən yarışda 8 komanda iştirak etmişdir. Bunlardan dördü - “Çopard” (Argentina), “Bentli” (Böyük Britaniya), “Monblan” (ABŞ) və “Baltika” (Avropa) peşəkar komandalardır. Turnirdə Azərbaycanın yalnız yerli oyunçularından təşkil olunmuş “Qarabağ”, “Göyəzən”, eləcə də “Milla Qrin” və “Milla Vayt” kollektivləri də mübarizə aparmışlar. |
|
Xəbər 816 dəfə oxundu. |
|
|