Millimizdən böyükhesablı qələbə
Rusiyanın Novorossiysk şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

“Kuban” klubunun əvəzedici komandası ilə qarşılaşan Arif Əsədovun komandası 5:2 hesabı ilə qələbə qazanıb. Millimizin heyətində Samir Məsimov və Ruslan Nəsirli dubl edib. 1 dəfə isə Namiq Ələskərov fərqlənib.

Xəbər 846 dəfə oxundu.