Paytaxt ağırlıqqaldıranları Masazırda yarışacaqlar

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə sentyabrın 4-5-də Masazır qəsəbəsində yerləşən Masazır Ağır Atletika Mərkəzində ağır atletika üzrə Bakı şəhər çempionatı keçiriləcək.
Yarışın keçirilməsində əsas məqsəd Bakı şəhərində ağır atletika idman növünü təbliğ və inkişaf etdirmək, Bakı şəhərində yerləşən idman təşkilatlarındakı təlim – məşq prosesini təkmilləşdirmək, ən güclü idmançıları aşkar etmək, şəhər yığma komandasına namizədlər seçmək, gəncləri ağır atletika idman növü ilə məşğul olmağa cəlb etməkdir.
Yarışda idmançılar 46 kq, 50 kq, 56 kq, 62 kq, 69 kq, 77 kq, 85 kq, 94 kq, 105 kq, +105 kq çəki dərəcələrində mübarizə aparacaqlar.

Xəbər 1158 dəfə oxundu.