"İnter" Sxadadze ilə bağlı qərarını verdi
Bakının “İnter” klubu dünən baş məşqçisi Kaxaber Sxadadze ilə yeni müqavilə imzalayıb.

Yeni müqaviləyə əsasən gürcüstanlı mütəxəssis komandaya 2014-15-ci il mövsümündə də rəhbərlik edəcək.

Beləliklə, “İnter” K.Sxadadze ilə əvvəlki müqaviləni yeniləyərək, onunla əməkdaşlığın müddətini daha bir il artırıb. Yeni razılaşmaya görə, baş məşqçi minimum 2015-ci il iyun ayınadək postunda qalacaq.

Qeyd edək ki, Kaxaber Sxadadze “İnter” komandasına 2009-10-cu il mövsümündən rəhbərlik edir və ilk cəhdində də komandası Azərbaycan çempionatında qızıl medallara nail olmağı bacarmışdı.

Xəbər 823 dəfə oxundu.