AGF-nin I vitse-prezidenti millinin üzvləri ilə görüşüb
Sentyabrın 16-dan 22-dək Macarıstan paytaxtı Budapeştdə güləş üzrə böyüklər arasında dünya çempionatı yarışları keçiriləcək. İdman.com.az saytı xəbər verir ki, sərbəst, yunan-Roma və qadın güləşi üzrə milli komandalar dünya çempionatı öncəsi son təlim-məşq toplanışını Olimpiya Güləş Mərkəzində gündə 2 dəfə - səhər və axşam məşqləri olmaqla davam etdirir.

Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev Olimpiya Güləş Mərkəzində yığma komandaların üzvləri ilə görüşüb.

Hazırlığın gedişi, idmançıların fiziki hazırlığının vəziyyəti və sağlamlıqları ilə maraqlanan Federasiya rəsmisi çempionat öncəsi idmançıların fiziki hazırlıqla yanaşı, psixoloji hazırlığa da ciddi diqqət yetirmələrinin vacibliyini bildirib.

Xəbər 1151 dəfə oxundu.