“Rəvan”dan ağır transfer
Argentinalı Kristian Torresin “Rəvan”la anlaşdığını xəbər vermişdik. Ötən həftədən “Rəvan”ın heyətində məşq edən argentinalı futbolçu oynamağa cəmi 30 faiz hazırdır.

Məsələ burasındadır ki, “Qarabağ”dan ayrıldıqdan sonra klubsuz qalan Torres “Rəvan”a qayıdana kimi heç bir klubda məşq etməyib. Gününü Latviyada, həyat yoldaşının evində keçirən futbolçu hərdənbir fərdi məşqlərlə kifayətlənib. Bunun nəticəsidir ki, Torres Azərbaycana artıq çəki ilə və formadan çox uzaq şəkildə dönüb.

Onun formada olmadığını əməkdaşımızla söhbətində baş məşqçi Vladislav Qədirov da təsdiqləyib.

Xəbər 779 dəfə oxundu.