Bir medal da Polşadan

Avqustun 23-də Polşanın Çexanov şəhərində yeniyetmələr arasında ağır atletika üzrə 9-cu Avropa çempionatı başlanıb.
Yarışın ilk günündə 50 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı Allahyar Abışov 182 kiloqram (81+101) nəticə göstərərək çempionatın bürünc medalını qazanıb.

Xəbər 1299 dəfə oxundu.