UEFA-dan tarixi səhv
UEFA Çempionlar Liqasının final qarşılaşmasının”Zenit” və “Benfika”arasında oynanılacağı yazılıb

UEFA-nın Portuqal versiyasında ciddi xətaya yol verilib. Belə ki, saytda UEFA Çempionlar Liqasının final qarşılaşmasının”Zenit” və “Benfika”arasında oynanılacağı yazılıb.

İş o yerə çatıb ki, tarix olaraq 24 may 2014-cü il, oynanılacaq məkan isə Lissabondakı Eştadiu da Luj stadionu göstərilib. Hətta, təsvir olunan şəkildə stadionun fonunda Zenit və Benfikanın loqosuyerləşdirilib. Bir müddət sonra bu xəbər təcili yığışdırılıb.

Xəbər 1088 dəfə oxundu.