"Barselona" özünə zərər verməyə meylli bir klubdur"
"Barselona" klubunun futbolçusu Xavyer Maskerano əldə etdikləri uğurların qiymətini bilmədiklərini deyib.

"RAC1"ə danışan yarımmüdafiəçi bəzən özlərinin həddindən artıq tənqid olunduqlarını bildirib:

"Barselona" özünə zərər verməyə meylli bir klubdur. Nə olursa-olsun, cümlələrin sonunda həmişə amma sözü gəlir. 100 xalla rekord qırdıq, amma bunun böyük uğur olmadığı kimi davranırıq. Mövsümə Superkubokla başladıq. Düzdür, daha yaxşı oynaya bilərdik, amma qazandıq. Önəmli olan da budur".

Xəbər 854 dəfə oxundu.