Ronaldu 2018-dək razılığını verdi
Madrid «Real»ı tezliklə forvardı Kriştianu Ronaldu ilə müqavilənin uzadılmasını rəsmi elan edə bilər. İdman.com.az saytı xəbər verir ki, tərəflər sazişin şərtləri ilə bağlı ilkin razılığa gəliblər. Müqavilənin 2018-ci ilədək uzadılması gözlənilir.

Portuqaliya yığmasının kapitanının maaşı ildə təmiz 15 milyon avro olacaq. Sazişin 2014-cü ilin 1 iyulundan qüvvəyə minməsi planlaşdırılır. Sazişin gələn həftə futbolçu beynəlxalq fasilədən dönən kimi imzalanacağı gözlənilir.

Xəbər 983 dəfə oxundu.