"Neftçala"nın rəqibi bilindi
Topaz Premyer Liqasında artıq V tur geridə qalsa da, I Divizion təmsilçiləri oyunlara start vermək üçün gün sayır. Bu qalan zamandan maksimum dərəcədə faydalanmaq istəyən komandalardan biri də “Neftçala”dır. Komanda yeni mövsümün hazırlıqları çərçivəsində yoxlama görüşü keçirib, heyətindəki futbolçuların nələrə qadir olduğunu bir daha görmək istəyir. Bu məqsədlə klub özünə uyğun rəqiblə görüşmək niyyətindədir. Futbol11.az xəbər verir ki, artıq Bəhram Şahquliyevin komandası rəqibini də müəyyənləşdirib. Bu “Sumqayıt”ın əvəedici komandasıdır. Oyun sentyabrın 8-də Sumqayıt İdman Mərkəzinin süni örtüklü meydançasında baş tutacaq.

Xəbər 874 dəfə oxundu.