Berti Foqts millinin sabiq kapitanlarına yeni iş tapşırdı
Azərbaycan millisinin DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərinin oyunlarını izləyəcək mütəxəssislər müəyyənləşib. F qrupunda sentyabrın 10-da baş tutacaq matçlara Nazim Süleymanovla Aslan Kərimov ezam olunacaq.

U-15-in çalışdırıcısı olan sonuncu Lüksemburq - Şimali İrlandiya, Berti Foqtsun əsas yığmadakı köməkçisi Süleymanov Sankt-Peterburqda keçiriləcək Rusiya - İsrail qarşılaşmasını izləyəcək. Adətən yığmamızın rəqiblərinin oyunlarına almaniyalının köməkçiləri yollanırdı. Süleymanov bu dəfə də ezam olunanlardan biridirsə, Almaniyanın “Dinamo” (Drezden) klubuna təyinat alan Olaf Yansenin funksiyasını bu dəfə Kərimov yerinə yetirəcək.

Qeyd edək ki, DÇ-2014-ün seçmə mərhələsində millimiz oktyabrın 11-də Şimali İrlandiya, oktyabrın 15-də isə Rusiya yığması ilə qarşılaşacaq. Hər iki oyun Bakıda keçiriləcək.

Xəbər 830 dəfə oxundu.