İngiltərə millisində ciddi itki
“Mançester Yunayted"də hazırlıq zamanı komanda yoldaşı ilə toquşşaraq alnından yaralanan Ueyn Runi İngiltərə millisində iki oyunda forma geyə bilməyəcək.

İngilis hücumçunun "DÇ-2014"ün seçmə mərhələsində bu gün baş tutacaq Moldova ilə matçda və sentyabrın 11-i keçiriləcək Ukrayna ilə qarşılaşmada iştirak etməyəcək. Bu barədə İngiltərə millisinin məşqçisi Roy Hodsqon məlumat verib.

Qeyd edək ki, Runinin alnına üç tikiş vurulub.

Xəbər 896 dəfə oxundu.