2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək şəhərin adı açıqlanacaq
Sentyabrın 7-də Argentinanın paytaxtı Buenos-Ayresdə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 125-ci sessiyası öz işinə başlayacaq.
Sessiyada 2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək şəhərin adı açıqlanacaq. 2020-ci il Yay Olimpiya Oyunlarını təşkil edəcək şəhəri təyin etmək üçün keçiriləcək səsvermədə İstanbul, Tokio və Madrid şəhərlərindən biri seçiləcək.

Bakının da 2020-ci il Yay Olimpiya Oyunlarına namizədliyi irəli sürülmüşdü. Lakin genişmiqyaslı idman yarışlarının keçirilməsi təcrübəsinin olmaması ilə bağlı paytaxtımız iddiaçı şəhərlərin şort-listinə düşə bilməmişdi.

Xəbər 720 dəfə oxundu.