Qalliani: “Milan” İtaliyanın ən güclüsüdür”
"Milan"ın prezidenti Adriano Qalliani keçmiş futbolçuları Kakanın qayıtması ilə iddialı açıqlamalar verib.

O, braziliyalı yarımmüdafiəçinin işi bitmiş bir kluba gəlmədiyini deyib: "UEFA sıralamasına baxdıqda biz İtaliya klublarından ən öndəyik. Çempionlar Liqasında mübarizə aparmış İtaliya komandaları arasında hələ də zirvədəyik. 378 xalımız var. "Yuventus"un 358, "İnterin" isə 354 xalı var. Üç il öncə çempion olmuşuq. "Milan" İtaliyanın ən güclüsüdür".

Qeyd edək ki, Kaka 4 il “Real”da oynadıqdan sonra sabiq komandasına qayıdıb.

Xəbər 812 dəfə oxundu.