Maradona: "Neymar "Barselona"da daimi oynamalıdır"
Dünya futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona Braziliya millisi və "Barselona"nın futbolçusu Neymar haqda fikirlərini bölüşüb.

Maradona Neymarın "Barselona"da daimi oynamalı olduğunu bildirib:

"Neymar oyunu ilə məni sevindirir. Bu futbolçuya diqqət yetirmək lazımdır. O, öz işini yaxşı bilir. Düşünürəm ki, Neymar özünü sübut etmək üçün "Barselona"da daim əsas heyətdə oynamalıdır".

Xəbər 800 dəfə oxundu.