İki boksçumuz növbəti mərhələdə

İrlandiya paytaxtı Dublində gənc boksçular arasında Avropa birinciliyinə start verilib. Yarışın ilk günündə rinqə çıxan milli komandamızın 4 üzvündən ikisi qələbə qazanıb. 60 kq çəki dərəcəsində mübarizə aparan Pərviz Bağırov İtaliya nümayəndəsi Matteo Angionini çətinlik çəkmədən məğlub edib – 9:2. Digər boksçumuz Fəqan Hüseynov da (69 kq) İtaliya idmançısını mübarizədən kənarlaşdırıb. Həmyerlimiz Dario Morello üzərində 13:12 hesabı ilə qələbə qazanıb.
81 kq çəki dərəcəsindəki təmsilçimiz Hüseyn Qasımov macarıstanlı Lajos Sarkoziyə uduzaraq, yarışı tərk edib. Təssüff ki, 2010-cu ilin gənclər arasında dünya birinciliyinin qalibi Şaban Şahpələngov da Dublində uğursuzluğa düçar olub. Boksçumuz çox çalışsa da, Rusiya idmançısı Radjab Butayevə məğlubiyyətdən qaça bilməyib – 8:13.

.

Xəbər 1077 dəfə oxundu.