Əcnəbi futbolçuların orta qiyməti məlum oldu
FİFA 2013-cü il transfer dövrünün yekununu açıqlayıb.

Beynəlxalq qış və yay keçidlərinə klublar üst-üstə 3,36 milyard dollar xərcləyiblər.

Bu qədər vəsait 10454 futbolçuya xərclənib. Başqa sözlə, xaricdən alınan oyunçunun orta qiyməti 321408 dollar təşkil edib. Beləliklə, bir ölkənin milli çempionatından digərinə futbolçu keçidinə xərclər ötən illə müqayisədə 29 faiz artıb.

Futbolçu transferlərində ən geniş yayılmış istiqamətlər Portuqaliyadan Braziliyaya və Argentinadan Çiliyə olub. Azərbaycana digər çempionatlardan gələn oyunçuların qiymətləri açıqlanmasa da, elə orta qiymət civarında olduğu güman edilir. Ən bahalı beynəlxalq transferə isə İngiltərə “Tottenhem”indən Qaret Beyli 100 milyon avroya alan İspaniya “Real Madrid”i imza atıb.

Lent.az

Xəbər 831 dəfə oxundu.