"Barselona" Viktor Valdezə əvəzləyici tapdı
"Barselona" klubu mövsümün sonunda komandadan ayrılacaq qapıçısı Viktor Valdezin əvəzləyicilərini tapıb.

Bir çox İspaniya qəzetləri Kataloniya təmsilçisinin Valdezin əvəzinə "Borussiya"dan (Münhenqladbax) Ter Steqen, "Atletiko"dan (Madrid) Tibo Kurtua və "Nyuels Old Boys"dan Nauel Qusmandan birini transfer etmək istədiyini yazıb.

Bildirilib ki, artıq "Borussiya"nın 21 yaşlı qapıçısı Steqen ilə "Barselona" arasında sözdə razılıq əldə olunub. Ancaq Madrid klubunda icarə əsasında forma geyən "Çelsi"nin qolkiperi Kurtua da "Barsa" tərəfindən çox bəyənilir. Bu səbəbdən Kataloniya klubunun Premyer Liqa təmsilçisi ilə danışıqlara başladığı və müsbət cavab aldığı iddia edilib.

"El Mundo Depotivo" isə yazıb ki, "Barselona"nın baş məşqçisi Xerardo Martino keçmiş klubunun qapıçısı Qusmanı da komandasında görmək istəyir.

Xəbər 834 dəfə oxundu.