"Xəzər-Lənkəran"ın Qəbələ toplanışı başa çatdı
Premyer Liqada yaranan fasilədən istifadə edərək Qəbələdə təlim-məşq toplantısı keçən “Xəzər Lənkəran” toplantını yekunlaşdırır. Bu gün saat 10:30-da “Qəbələ”nin futbol akademiyasına məxsus meydançalardan birində son məşqinə çıxacaq “ağ-yaşıllar” 13:00-da isə şəhəri tərk edərək Bakıya yola düşəcək.

Paytaxta çatdıqdan sonra komanda 3 günlük sərbəst buraxılacaq. Cənub təmsilçisi istirahətdən sonra sentyabrın 9-da Bakıda bir araya gələrək Lənkərana yollanacaq.

Xatırladaq ki, “Xəzər Lənkəran” Premyer Liqanın VI turu çərçivəsində sentyabrın 14-də Lənkəran şəhər stadionunda “Bakı” klubunu qəbul edəcək.

Xəbər 895 dəfə oxundu.