"Rəvan" əvəzedicilərinə qalib gəldi
"Rəvan” klubu həftənin əvvəlindən məşqləri bərpa edib.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Sumqayıt” ilə Premyer Liqanın son tur oyunundan sonra 2 gün istirahət edən futbolçular artıq gücləndirilmiş rejimlə məşq keçir.

Belə ki, qrafikə əsasən baş məşqçi Vladislav Qədirov futbolçularını gündə 2 məşqə çıxarır. Bugünkü səhər məşqi isə oyunla əvəzlənib. Belə ki, əsas komanda əvəzedicələrlə üz-üzə gəlib. Əvvəlcədən qeyd edək ki, Qədirov yüngül zədəsi olan Aqil Nəbiyev, və Elvin Həsənəliyev, eləcə də zədəsini sağaltdıqdan sonra fərdi məşqlərlə kifayətlənən Xuan Manuel Vareadan başqa bütün futbolçuların oynamasına şərait yaradıb. Hər hissədə müxtəlif heyətlərlə çıxış edən əsas komanda sonda əvəzediciləri 4:0 hesabı ilə üstələyib. Qolları ilk yarıda Musa Kabiru (2 dəfə) və Sebastyan Kastro-Telyo, fasilədən sonra isə Kamil Nurəhmədov vurub.

Qeyd edək ki, komanda növbəti oyununu sentyabrın 7-də I divizion təmsilçisi "Şahdağ”a qarşı keçirəcək. Saat 18:00-da başlayacaq yoldaşlıq oyunu "Bayıl Arena”da baş tutacaq.

Xəbər 806 dəfə oxundu.