Beyl: "Ronaldo dünyanın ən yaxşısıdır"
"Real" (Madrid) klubunun yeni transferi Qaret Beyl komanda yoldaşı Kriştiano Ronaldo haqda müsbət fikirlər səsləndirib.

Uelsli futbolçu Ronaldonu dünyanın ən yaxşısı adlandırıb:

"Hazırda yaxşı formadayam və meydana çıxmaq üçün səbirsizlənirəm. Növbəti oyunumuz kiminlədi? "Xetafe" - daha nə lazımdır? Əla oyun olacaq. "Real"da məşqçi Zidan, Ronaldo və digər komanda yoldaşlarımla tanışmağı səbirsizliklə gözləyirəm. Ronaldo dünyanın ən yaxşı futbolçusudur".

Qeyd edək ki, Beyl 100 milyon avro müqabilində "Tottenhem"dən "Real"a transfer olunub.

Xəbər 841 dəfə oxundu.