"Fənərbaxça"da ayrılıqlar başladı
“Fənərbaxça”nın üçüncü qapıçısı Sərkan Kırıntılı digər Superliqa təmsilçisi “Rizespor”a transfer olunub.

Bu barədə klub saytı xəbər yayıb.

Tibbi müayinədən keçən 28 yaşlı qolkiper 2 illik müqaviləyə imza atıb. Sərkan 6 sentyabrda ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, Sərkan Kırıntılı 2010-cu ildə “Ankaragücü” klubundan “Fənərbaxça”ya transfer olunmuşdu.

Xəbər 875 dəfə oxundu.