Messi 5 milyon avro cərimə ödədi
Vergidən yayındığı üçün haqqında cinayət işi açılan "Barselona"nın futbolçusu Lionel Messi və atası sentyabrın 17-də məhkəmə qarşısına çıxacaq.

Məhkəməyə bir neçə gün qalmasına baxmayaraq, artıq argentinalı futbolçu 5 milyon avro cərimə ödəyib. Lakin futbolçu atası ilə birgə sentyabrın 17-də yenidən məhkəmə qarşısına çıxacaq.

Qeyd edək ki, Messi 2006-2009-cu illər ərzində 4 milyon avro məbləğində vergidən yayınmaqda təqsirli bilinir.

Onu da bildirək ki, "Barsa"lı hücumçu ilinə 40 milyon avrodan çox qazanır.

Xəbər 805 dəfə oxundu.