Milli komandamız İsrailə getdi
Futbol üzrə Azərbaycanın əsas və 21 yaşlılardan ibarət yığmalarını qarşıda İsrail ilə seçmə mərhələ oyunları gözləyir. Bu gün sözügedən komandalarımız İsrailə yola düşüblər.

Qeyd edək ki, bu iki yığma komanda səfərə birgə yollanıb. Belə ki, Berti Foqts və Bernard Lippertin yetirmələri İsrailə eyni təyyarə ilə yola düşüblər. Sentyabrın 9-da isə millilərimiz eyni qayda ilə vətənə dönəcək.

Maraq üçün bildirək ki, Azərbaycanın əsas yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də Ramat Qanda İsrailin qonağı olacaq. Gənclərdən ibarət millimizin AÇ-2015-in seçm mərhələ oyunu isə sentyabrın 8-də Netanyada baş tutacaq.

Xəbər 811 dəfə oxundu.