Millimizin oyunlarının başlama saatı bəlli oldu
19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının keçirəcəyi oyunların başlanma vaxtı müəyyənləşib.

İdman.com.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmamızın mübarizə aparacağı III qrupun oyunları İsveçdə təşkil olunacaq.

10 oktyabr, saat 17:00
İrlandiya – Azərbaycan

12 oktyabr, saat 17:00
Azərbaycan – Bosniya və Herseqovina

15 oktyabr, saat 17:00
İsveç – Azərbaycan

Xəbər 842 dəfə oxundu.