İsrail yığması oyun öncəsi daha bir itki ilə üzləşib
Futbol üzrə İsrail yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçiriləcək oyun öncəsi daha bir itki ilə üzləşib. Müdafiəçi Yoval Şpunqin də sıradan çıxıb.

Belçikanın “Mons” klubunda top qovan bu oyunçu hazırda bərpa dövrü keçir. Lakin həkimlər onun Azərbaycanla oyuna qədər sıraya dönəcəyinə ümid bəsləmirlər. Böyük ehtimalla bu futbolçu yalnız Rusiya ilə görüşdə komandasına kömək edə biləcək.

Qeyd edək ki, İsrail – Azərbaycan oyunu sentyabrın 7-də keçiriləcək.

Xəbər 911 dəfə oxundu.