Mourinyo: "Real" Özili satmaqda səhv etdi"
"Çelsi"nin baş məşqçisi Joze Mourinyo sabiq futbolçusu Mesut Özilin "Arsenal"a transfer olunmasına münasibət bildirib.

Portuqaliyalı mütəxəssis əzəli rəqibləri sayılan "Arsenal"a transfer olan Özil haqda xoş sözlər deyib. Qeyd edib ki, belə bir futbolçunun satılması düzgün addım deyil.

"Özil tayı-bərabəri olmayan futbolçudur. Nəinki ona bərabər, heç ona bənzəyən oyunçu da tapa bilməzsiniz. Dünyanın ən yaxşı "10 nömrə"sidir. "Real"da hamı Özili sevirdi. Onu Zidan və Fiqo kimi bir futbolçu hesab edirdilər".

Xəbər 966 dəfə oxundu.