La liqada ilk istefa
Xose Luis Mendlibar «Оsasuna» komandasının baş məşqçisi vəzifəsindən istefaya göndərilib. Bu barədə klubun rəsmi Twitter səhifəsi məlumat verib.
Klub prezidenti Migel Arçanko gənc mütəxəssis axtardıqlarını və daha çox gənc futbolçulara etimad göstərəcək mütəxəssislə müqavilə imzalayacaqlarını bildirib.

Pamplona komandası son turda evdə Vilyareala böyük hesabla məğlub etmişdi. Komanda hazırda turnir cədvəlinin son sırasındadır.

Xəbər 833 dəfə oxundu.